Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib
15 Dekabr 2025, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
523
27.02.2025, 16:07
Cari il fevralın 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Laksenburq əyalətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına (IACA) səfər edib və Akademiyanın rektoru Slagjana Taseva ilə görüş keçirib.
Görüşdə IACA-nın rektoru Slagjana Taseva ARVK sədrinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib, korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə uzunmüddətli və səmərəli əməkdaşlıq etdiklərini söyləyib.
Sonra Akademiyanın əməkdaşları IACA tərəfindən təşkil edilən təlimlər və tədris proqramlar barədə danışıblar.
Görüşdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək vəkillərin peşəkar inkişafına və təhsilinə böyük önəm verildiyini bildirib, həmçinin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən səmərəli tədbirlər və hüquqi islahatlar çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə effektiv strategiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. O, IACA ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edərək, Azərbaycan vəkillərinin bu akademik platformadan yararlanmasının əhəmiyyətini qeyd edib.
Görüş zamanı ARVK-nın Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və son illərdə həyata keçirilən işlər barədə təqdimatla çıxış edib.
Həmçinin nümayəndə heyətinin üzvü Elçin Usub müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın gələcək perspektivləri və vəkillərin təhsil imkanlarının genişləndirilməsi barədə təkliflərini səsləndirib.
Görüş çərçivəsində tərəflər gələcək qarşılıqlı əməkdaşlıq strategiyalarını müzakirə edərək, vəkillərin peşəkar inkişafı və təhsilinin dəstəklənməsi istiqamətində konkret addımların atılması barədə razılığa gəliblər. Bu istiqamətdə IACA-nın magistr proqramları, qısa və uzunmüddətli təlim kursları, yay məktəbləri və digər akademik proqramlar üzrə Azərbaycan vəkilləri üçün güzəştlərin tətbiq edilməsi məsələsi də razılaşdırılıb.
Həmçinin oxuyun
Eyni zamanda IACA və ARRV arasında yeni təlim və ixtisasartırma proqramlarının təşkili planlaşdırılır.
Görüş zamanı təşkilatlar arasında əməkdaşlığın davamlı və institusional əsasda inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı suallar və təkliflərin müzakirəsi ilə davam edib.
Bildirmək istərdik ki, ARVK və IACA arasında əməkdaşlığın başlaması gələcəkdə korrupsiyaya qarşı mübarizədə və hüquqi biliklərin artırılmasında mühüm rol oynayacaqdır.
Beynəlxalq Antikorrupsiya Akademiyası - korrupsiyaya qarşı mübarizə sahəsində peşəkar təhsil və tədqiqatların aparılması məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Hazırda Akademiya 81 ölkədən dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edərək korrupsiyaya qarşı mübarizə üzrə müasir bilik və bacarıqların inkişaf etdirilməsinə töhfə verir.
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.