Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib
12 Dekabr 2025, 17:29
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
538
28.02.2025, 16:35
Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, araşdırma zamanı hüquqi şəxs “Kristal Bakı İnşaat” ASC-nin vəzifəli şəxsi tərəfindən işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Bundan başqa, hüquqi şəxs “Olimp-Hospital” MMC, “TİM Consulting” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərinə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilib.
Həmçinin oxuyun
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.
18:12 / 13 Dekabr 2025
14
18:02 / 13 Dekabr 2025
19
17:43 / 13 Dekabr 2025
483
17:09 / 13 Dekabr 2025
45
16:55 / 13 Dekabr 2025
203
15:58 / 13 Dekabr 2025
72
15:47 / 13 Dekabr 2025
65
15:39 / 13 Dekabr 2025
81
15:08 / 13 Dekabr 2025
2013
14:50 / 13 Dekabr 2025
77
14:38 / 13 Dekabr 2025
115
14:28 / 13 Dekabr 2025
107
14:22 / 13 Dekabr 2025
90
14:12 / 13 Dekabr 2025
297
13:14 / 13 Dekabr 2025
1621
13:07 / 13 Dekabr 2025
1134
12:58 / 13 Dekabr 2025
836
12:16 / 13 Dekabr 2025
1194
12:08 / 13 Dekabr 2025
137
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
988
11:07 / 13 Dekabr 2025
451
10:25 / 13 Dekabr 2025
1194
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.