Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
377
10.04.2025, 12:21
Aprelin 9-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında pulsuz hüquqi yardım sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
Akademiyanın rektoru Şahin Əliyev və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun imzaladığı memorandumda məlumat, təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər nəzərdə tutulub.
Akademiyanın rektoru Şahin Əliyev bildirib ki, 2013-cü ildən etibarən Ədliyyə Akademiyasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilir və bu sahədə Vəkillər Kollegiyası ilə əməkdaşlıq edilir. Bu memorandumun Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığı daha da genişləndirəcəyi bildirilib.
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək deyib ki, imzalanan əməkdaşlıq memorandumu pulsuz hüquqi yardım sahəsinin təkmilləşdirilməsində və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq. Bu əməkdaşlıq həm də gənc hüquqşünasların peşəkar hazırlığı, praktiki bilik və bacarıqlarının inkişafı baxımından çox əhəmiyyətlidir. Anar Bağırov aztəminatlı və hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsinin Kollegiyanın prioritet istiqamətlərindən biri olduğunu və Ədliyyə Akademiyası ilə birgə layihələrin bu sahədə əhəmiyyətli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Həmçinin oxuyun
Ədliyyə Akademiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr Akademiyada birgə əməkdaşlıq çərçivəsində ötən il 1000-dən artıq vəkilin müxtəlif mövzularda təşkil olunmuş peşəkar təlimlərdə iştirak etdiyini diqqətə çatdırıb. Bu, vəkillərin bilik və bacarıqlarının daim yenilənməsi və onların peşəkarlıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda Anar Bağırov qeyd edib ki, 2024-cü il ərzində Kollegiya tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu fəaliyyət əhalinin sosial həssas təbəqələrinin hüquqlarının müdafiəsinə yönəlib və hüquqi yardımın əlçatanlığını təmin etmək məqsədi daşıyır. Həmçinin ötən il həyata keçirilən pulsuz hüquqi yardım aksiyalarından 24-ü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müəssisələrində məhkumlar, 3-ü isə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan şəxslər üçün təşkil olunub. Bu təşəbbüslər vəkillik institutunun sosial məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyətinin bariz nümunəsidir.
23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.