Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib
15 Dekabr 2025, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
3446
10.04.2025, 18:52
Qəbir yerləri qəbiristanlıq müdriyyəti tərəfindən ödənişsiz ayrılır.
Gündəmin aktual mövzularından biri qəbir yerlərinin pulla satılmasıdır.Yerləşdiyi ərazilərdən fərqli olaraq qəbir yerlərinin də qiyməti dəyişir. Xüsusi ilə Bakı və Bakı ətrafında dünyasını dəyişmək ölü sahibinə əməlli başlı dərd olub. Ölünün dərdi bir yana,dəfn xərcləri və məzar yerinin alınması dərdi başqa yana.
Qısa araşdırmamız zamanı məlum oldu ki,Bakıda ən bahalı qəbir yerləri "Qurd qapısı" qəbiristanlığıdır. Burada ölüsünü dəfn etmək istəyən şəxs azı 2000-3000 manat pul verməlidir.Digər qəbiristanlıqlarda isə qiymət aşağı,yuxarı 500-1000 manat arasında dəyişir.
Rayonlarda isə vəziyyət Bakıdan fərqli olaraq bir qədər seçilir. Bəzi rayonlarda qəbir yerləri pulla satılmasa da,yalnız qəbir qazan şəxsə zəhmət haqqı olaraq pul ödənir.
Oxu24.com mövzunun aktuallığını nəzərə alaraq bu sahədə araşdırma aparıb.
Bu dəfə təqdim etdiyimiz mövzu qəbir yerlərinin ödənişli olub-olmaması ilə bağlıdır.
Mövzu ilə bağlı saytımıza açıqlama verən hüquqşünas Sərxan Məmmədli bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 522 saylı qərarəna əsasən ölmüş şəxsin yaxınlarının müraciəti əsasında qəbir yerləri qəbiristanlıq müdriyyəti tərəfindən ödənişsiz ayrılır.
Əgər sizdən qanunsuz ödəniş tələb edərlərsə, ilkin olaraq bələdiyyəyə, daha sonra vəzifəli şəxsin hərəkətlərindən prokurorluğa şikayət edə bilərsiniz.
Qeyd edim ki, qəbir daşı – (mərmər) istisna olaraq, digər məsələlər, hansıki qəbirin qazılması, içinin hörülməsi, daşı, sementi və s. tamamilə ödənişsizdir.
Həmçinin oxuyun
Qəbiristanlıq müdriyyətinin hansı səlahiyyətləri var? O,kimə tabedir?
Hüquqşünas Sərxan Məmmədlinin sözlərinə görə, qəbiristanlıqlar bələdiyyə tərəfindən qeyri-kommersiya qurumu statusunda yaradılır və qəbiristanlıq müdriyyəti rəhbərlik edir. Qəbiristanlıq müdriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur.
Qəbiristanlıq müdriyyətinin bir çox vəzifələri vardır: Məsələn, tabutun verilməsi, qəbir yerlərinin qazılması, ölən şəxsin adının, soyadının, ata adının və doğum və ölüm tarixini göstərən müvəqqəti lövhələrin quraşdırılması və s.
Qəbiristanlıq müdriyyəti dini ayinlərin icrasını da bilməlidir. Görünən odur ki, qəbir yerlərini satanlar bu məsələdə bələdiyyə sədri ilə razılaşmalı olurlar.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda vəfat edən şəxsin yas mərasimini və dəfnini ödəmək üçün Dövlət tərəfindən müəyyən olunmuş məbləğ ayrılır. Bu məbləğ hazırda 960 manatdır.
Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinət verilir.
Dəfn üçün müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
Hazırladı: Toğrul Əhmədzadə
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.