Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1146
11.04.2025, 11:32
Bir çox sürücülər avtomobilinin yaylarını sport üslublu yaylarla əvəz etmək istəyir. Bəzi hallarda isə avtomobillər konstruksiya dəyişikliyi adı altında cərimə meydançasına salınır. Bəs, həqiqətən də sürücü avtomobilini sport yayla əvəzləyərsə, cərimələnə bilər?
Bu dəfə təqdim etdiyimiz mövzu avtomobilimizin yaylarını sport yayla əvəz etmək barəsindədir.
Oxu24.com oxuculara hüquqi yardım layihəsi çərçivəsində bu suala aydınlıq gətirib.
Mövzu ilə bağlı saytımıza açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Məmmədzadə bildirib ki, Yol Hərəkəti Haqqında 30.5-ci maddəsinə nəzər salaq: İstismarda olan nəqliyyat vasitəsi həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir.
Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin pozulmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır.
Loru dildə desək, sport yayların tək arxa və ya tək qabağa quraşdırılması qadağandır. Yayların bu cür vəziyyətdə quraşdırılması NV ağırlıq mərkəzinin pozulmasına səbəb olur. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinin tələbi pozulur və sürücü 150 manat məbləğində cərimə edilir.
Həmçinin oxuyun
Sport yaylar özü özlüyündə konstruksiya dəyişikliyi hesab edilmir. Əsas odur NV tam kütləsi oxlar üzrə düzgün paylansın və ağırlıq mərkəzi pozulmasın.
"Beləliklə, düzgün quraşdırılan orijinal sertifikatlı sport yaylar görə cərimə tətbiq etmək qanuna ziddir",-deyə ekspert bildirib.
Bəs,qanunsuz cərimə tətbiq olunarsa, nə etməliyik?
Əgər, sizə qanunsuz cərimə tətbiq etdiyini düşünürsünüzsə, Bakı Şəhər Dövlət Yol Polisinin 902 saylı qaynar xəttinə müraciət edə və ya bu barədə məhkəməyə şikayət edə bilərsiniz.
Hazırladı: Toğrul Əhmədzadə
13:58 / 14 Dekabr 2025
12
13:27 / 14 Dekabr 2025
30
13:18 / 14 Dekabr 2025
33
13:09 / 14 Dekabr 2025
36
12:54 / 14 Dekabr 2025
231
12:18 / 14 Dekabr 2025
408
12:06 / 14 Dekabr 2025
817
11:38 / 14 Dekabr 2025
50
11:30 / 14 Dekabr 2025
566
11:22 / 14 Dekabr 2025
33
10:43 / 14 Dekabr 2025
855
10:33 / 14 Dekabr 2025
83
10:20 / 14 Dekabr 2025
75
09:40 / 14 Dekabr 2025
76
09:15 / 14 Dekabr 2025
219
08:58 / 14 Dekabr 2025
149
08:46 / 14 Dekabr 2025
205
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1493
00:52 / 14 Dekabr 2025
1123
00:43 / 14 Dekabr 2025
184
00:04 / 14 Dekabr 2025
1757
23:47 / 13 Dekabr 2025
1930
23:44 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.