Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1494
15.04.2025, 16:38
Son dövrlərdə artan qəzalar bunu deməyə əsas verir ki, həqiqətən də sürücülərin öz sağlamlıqlarına göstərdikləri məsuliyyət azdır. Mütləqdir ki, həm öz təhlükəsizliyimiz, həm də avtomobilimizdə əyləşən kəslərin mühafizəsi üçün səhhətimizə daim diqqət ayıraq.
Bir çoxlarımıza bəlli olduğu kimi, nəqliyyat vasitələrini idarəetmə hüququ sağlamlıq cəhətdən sürücülüyə yararlı olan insanlara verilir. Nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Səhiyyə Nazirliyinin müvafiq təşkilatları müəyyən edir.
Bəs hansı xəstəliklər olduqda sürücülük vəsiqəsi verilmir?
Mövzu ilə bağlı Milli.Az-a təlimçi Tofiq Rəcəbov açıqlama verib:
"Vətəndaş nə qədər yaxşı sürücü olsa da onun sağlamlığı və psixologiyası da yerində olmalıdır. Vətəndaşın TƏBB-dən aldığı arayış bunun bariz nümunəsidir. Burda əsas, görmə eşitmə önəmlidir".
Həmçinin oxuyun
Baş Dövlət Yol Polis İradəsindən bildirildi ki, qanunvericiliyin tələbinə uyğun olaraq, şəxsin sağlamlığının sürücülüyə yararlı hesab edilməsinin əsasları habelə nəqliyyat vasitələrini idarə etməsinə maneə olan xəstəliklərin və fiziki pozuntuların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Həmin xəstəliklər siyahısına hərəkət,qan-damar, tənəffüz, alkoloq ve psixotrop maddələrə aludəçilik, diabet, kəskin, böyrək çatışmamazlıqları aiddir.
Siyahıda yer alan bir sıra xəstəliklərdə var ki həmin xəstəlikləri olan şəxslər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti şəxsin təqdim etdiyi tibbi arayışda göstərilən lakin 2 ildən artıq olmayan müddəti əhatə edir.
Ekspertlər qeyd edir ki, hər dəfə sürücülük vəsiqəsi yenilənəndə sağlamlıq haqqında arayış da təqdim edilsin.Birincisi ödənişli olmaqla, növbəti dəfə təqdim olunan arayışlar pulsuz olsun.
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.