Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib
15 Dekabr 2025, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1136
14.05.2025, 12:10
Ağdamda vətəndaş keçmiş rəhbərindən etdiyi şikayətlərə görə məhkəməyə verilib. Buna səbəb isə 46 yaşlı Xaliq İsmayılovun həmin müraciətlərdə təhqirlərdən istifadə etməsidir.
Oxu24.com xəbər verir ki, Ağdam Mexaniki Suvarma İdarəsinin Avtonəqliyyat şöbəsinin rəisi Elşən Orucov onun Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.
Müəyyən edilib ki, Xaliq əvvəllər qeyd edilən idarədə işləyib və bir müddət əvvəl işdən çıxarılıb. O, daha sonra yuxarı instansiyalara keçmiş iş yeri barəsində şikayətlər ünvanlayıb. X.İsmayılov şikayət məktublarında Elşən Orucov barəsində “donuz” ifadəsini işlədib.
Kollektiv qarşısında şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıldığını deyən müdir keçmiş işçinin buna görə məsuliyyətə cəlb edilməsini tələb edib.
Həmçinin oxuyun
X.İsmayılov ifadəsində əməlindən peşman olduğunu bildirib və “donuz” adlandırdığı Elşən Orucovdan üzr istəyib.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə Xaliq İsmayılov 1000 manat cərimə edilib. İş üzrə sərf edilmiş 100 manat ekspertiza xərcinin də ondan tutulması hökmdə qeyd edilib. (Qafqazinfo)
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.