Qaynar xətt:

(+99450) 247 90 86

İmtahandan sonra təlimdən qovulan vəkil olubmu?- Sədr aydınlıq gətirdi

2018-05/1525861642_anar-bagirov-femida23.jpg

HÜQUQ

1728

09.05.2018, 14:26

\"\" Vəkillər Kollegiyasının keçirdiyi yazılı və şifahi imtahanlardan keçən namizədlər Ədliyyə Nazirliyində təlimə cəlb olunur. Lakin son günlər bəzi məlumatlar yayılıb ki, Kollegiya təlimlərə cəlb olunan namizədlərin də bir neçəsini prosesdən uzaqlaşdırıb.

Məsələnin nə dərəcədə həqiqətə uyğun olduğunu aydınlaşdırmaq üçün Vəkillər Kolegiyasını sədri Anar Bağırovla əlaqə saxladıq. Sədrin Femida.az-a açıqlamasına görə bu xəbərlər şayədir, kollegiya heç bir vəkilliyə namizədi təlimdən uzaqlaşdırmayıb:
“Təlimlərə cəlb edilən namizədlərin uzaqlaşdırılması qətiyyən mümkün deyil. Heç kəs təlimə qədər bütün mərhələri keçibsə, təlimdən uzaqlaşdırılmır. Sadəcə, bəzi namizədlər üzürlü səbəbdən - səhətləri ilə əlaqədar, tədrisləri ilə bağlı və s. Kollegiyaya müraciət edib, təlimin vaxtını təxirə salırlar. Biz bunu nəzərə alırıq. Bu, könüllülük əsasında olur. Kimsə müraciət edirsə, Vəkillər Kollegiyasının İxtisas Komisiyyası, Rəyasət Heyəti bu müraciətlərə hörmətlə yanaşaraq güzəştə gedir”.