Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1408
06.12.2019, 13:44
Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz yaşlı valideyninə baxmaqdan imtina edən övladlarla bağlıdır. Mövzunu Femida.az-a Azərbaycan Respublikası Vəkillər Kollegiyasının gənc üzvü, vəkil Orxan Dadaşov şərh edib.
Sual: Əgər övladları yaşlı valideynlərinə baxmaqdan imtina edərsə, bu zaman valideynlər məhkəmə qaydasında övladlarından pul tələb edə bilərmi?
Vəkilin sözlərinə görə, bu situasiyada valideynlərin övladından pul tələb etmək hüququ var:
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsində göstərilib ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Göründüyü kimi qanunvericilikdə bu məsələ öz əksini tapıb”.
Həmçinin oxuyun
O.Dadaşovun sözlərinə görə, əmək qabiliyyətli (işləyə bilən) və yetkinlik yaşına çatmış (18 yaşı olmuş) övladlar əmək qabiliyyəti olmayan (işləyə bilməyən) valideynlərinə baxmağa və onlara qayğı göstərməyə borcludurlar. Əks təqdirdə valideynlər məhkəmə qaydasında öz övladlarından aliment tələb edə bilərlər:
“Bu zaman tələb övladlardan birindən və ya bir neçəsindən olmağından asılı olmayaraq, məhkəmə aliment məbləğini müəyyən edərkən övladların hamısını nəzərə almalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən valideynlərin və övladların maddi vəziyyətini, ailə vəziyyətini və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alır. Bundan əlavə valideynlər ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar əlavə xərcləri qarşılamazsa, məhkəmə qaydasında əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər”.
“Lakin qanunvericiliyin tələbinə əsasən bu kimi işlərə baxılarkən məhkəmə valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsini müəyyən edərsə uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Eyni zaman uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər”, - deyə vəkil qeyd edib.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.