Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
552
21.01.2020, 15:58
Baş Prokurorluq “jamaz.info” xəbər portalının rəhbərinə xəbərdarlıq edib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla “jamaz.info” xəbər portalında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib.
Həmçinin oxuyun
Qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş redaktoru İbişbəyli Fikrət Fəraməz oğlu Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
13:58 / 14 Dekabr 2025
12
13:27 / 14 Dekabr 2025
30
13:18 / 14 Dekabr 2025
33
13:09 / 14 Dekabr 2025
36
12:54 / 14 Dekabr 2025
231
12:18 / 14 Dekabr 2025
408
12:06 / 14 Dekabr 2025
817
11:38 / 14 Dekabr 2025
50
11:30 / 14 Dekabr 2025
566
11:22 / 14 Dekabr 2025
33
10:43 / 14 Dekabr 2025
855
10:33 / 14 Dekabr 2025
83
10:20 / 14 Dekabr 2025
75
09:40 / 14 Dekabr 2025
76
09:15 / 14 Dekabr 2025
219
08:58 / 14 Dekabr 2025
149
08:46 / 14 Dekabr 2025
205
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1493
00:52 / 14 Dekabr 2025
1123
00:43 / 14 Dekabr 2025
184
00:04 / 14 Dekabr 2025
1757
23:47 / 13 Dekabr 2025
1930
23:44 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.