Qaynar xətt:

(+99450) 247 90 86

Polis rəisi vəzifəsindən azad edildi

2018-12/1544956722_1544949522_din_mvd_azerbaijan_140118-0-0-0.jpg

HÜQUQ

994

16.12.2018, 14:37

\"\" Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib. Report bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb. Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib