Məzuniyyət günlərinin hesablanması necə olur ? - AÇIQLAMA
15 Dekabr 2025, 17:08
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
476
02.03.2023, 15:00
Öncə “vərəsəlik” anlayışına nəzər salaq. Mülki Məcəllənin (MM) 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
Qanun üzrə və vəsiyyət üzrə vərəsəlikdən başqa qanunda ləyaqətsiz vərəsə anlayışı da mövcuddur. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi (ləyaqətsiz vərəsəni) bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir.
Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.
Həmçinin oxuyun
Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.
Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
Hazırladı: Miri Məcidli
19:15 / 15 Dekabr 2025
9
18:43 / 15 Dekabr 2025
228
18:36 / 15 Dekabr 2025
31
17:51 / 15 Dekabr 2025
48
17:37 / 15 Dekabr 2025
603
17:14 / 15 Dekabr 2025
69
17:08 / 15 Dekabr 2025
62
16:59 / 15 Dekabr 2025
156
16:49 / 15 Dekabr 2025
587
16:40 / 15 Dekabr 2025
129
16:26 / 15 Dekabr 2025
126
16:16 / 15 Dekabr 2025
98
15:55 / 15 Dekabr 2025
188
15:45 / 15 Dekabr 2025
492
15:20 / 15 Dekabr 2025
664
15:17 / 15 Dekabr 2025
120
15:00 / 15 Dekabr 2025
575
14:53 / 15 Dekabr 2025
2040
14:48 / 15 Dekabr 2025
88
14:39 / 15 Dekabr 2025
93
14:19 / 15 Dekabr 2025
565
14:13 / 15 Dekabr 2025
302
14:11 / 15 Dekabr 2025
96
13:00 / 15 Dekabr 2025
844
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.