Qaynar xətt:

(+99450) 247 90 86

Kollektiv saziş hansı müddətə bağlana bilər? - HÜQUQİ YARDIM 

HÜQUQ

499

16.03.2023, 15:37

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu kollektiv saziş anlayışı  ilə  bağlıdır.

Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər:

a) Baş kollektiv saziş — respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir.

b) Sahə (tarif) kollektiv sazişi — müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir.

c) Ərazi (rayon) kollektiv sazişi — ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir.

 

 Kollektiv sazişin qüvvəsi

 

Əmək Məcəlləsinə  görə,  kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər.

Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir.

 

Hazırladı: Miri Məcidli