Qaynar xətt:

(+99450) 247 90 86

"Çelsi"nin futbolçusundan yeni rekord

2024/12/09/1733740129_1727543549_5458905357817603450.jpg

İDMAN

810

09.12.2024, 15:27

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer yeni rekorda imza atıb.

Oxu24.com  "Opta"ya istinadən xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 15-ci turunda "Tottenhem"ə 2 qol vurmaqla nail olub.

22 yaşlı futbolçu 2024-cü ildə İngiltərə Premyer Liqasında 25 qola və 13 qol ötürməsinə imza atıb.  Nəticədə Palmer "Çelsi"nin tarixində 1 il ərzində ən çox məhsuldar hərəkət edən futbolçu olub. 

Ümumilikdə, Palmer İngiltərə çempionatında "Çelsi"nin heyətində 48 oyunda 33 qola və 17 qol ötürməsinə imza atıb. Onun klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir. "Transfermarkt" internet portalı Koulun transfer dəyərini 90 milyon avro qiymətləndirir.