UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
13 Dekabr 2025, 08:37
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
418
19.12.2024, 14:16
Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli ilə baş məşqçi Miroslav Kloze arasında narazılıq olub.
Oxu24.com xəbər verir ki, bu barədə yerli “nn.de” nəşri məlumat yayıb.
Bildirilib ki, narazılığa səbəb M.Emrelinin son turda “Köln”ə 1:3 hesabı ilə uduzduqları oyunda erkən əvəzlənməsi olub. Millimizin forvardı matçın 46-cı dəqiqəsində meydandan çıxarılıb və o, buna etiraz edib.
M.Emreli hətta öz instaqram hesabında bu barədə paylaşım edib. Daha sonra o, paylaşımı silib.
Həmçinin oxuyun
M.Kloze də Mahirin bu cür davranmasından narahat olub. Qarşılaşmadan sonra isə onlar arasında danışıq olub. Yığmamızın hücumçusu baş məşqçinin passiv oyun keçirdiyi ilə bağlı fikirləri ilə razılaşmayıb. Amma onlar aralarındakı problemi həll edə biliblər.
Kloze məsələ ilə bağlı bunları deyib: “Mən heç kəsə kin saxlamıram. Onunla danışdıq və hər şeyi başa düşdü. Futbolçuların istəklərini və ya narazılıqlarını dilə gətirməsi mənim üçün vacibdir. Onlar da məni başa düşməlidir”.
Nəticədə Emreli komandanın məşqlərinə qayıdıb. Məşq zamanı isə komanda yoldaşı Berkay Yılmaz onun ayağına zərbə endirib. Emreli ciddi ağrı hiss etsə də, tezliklə məşqini bərpa edə bilib.
18:12 / 13 Dekabr 2025
14
18:02 / 13 Dekabr 2025
19
17:43 / 13 Dekabr 2025
483
17:09 / 13 Dekabr 2025
45
16:55 / 13 Dekabr 2025
203
15:58 / 13 Dekabr 2025
72
15:47 / 13 Dekabr 2025
65
15:39 / 13 Dekabr 2025
81
15:08 / 13 Dekabr 2025
2013
14:50 / 13 Dekabr 2025
77
14:38 / 13 Dekabr 2025
115
14:28 / 13 Dekabr 2025
107
14:22 / 13 Dekabr 2025
90
14:12 / 13 Dekabr 2025
297
13:14 / 13 Dekabr 2025
1621
13:07 / 13 Dekabr 2025
1134
12:58 / 13 Dekabr 2025
836
12:16 / 13 Dekabr 2025
1194
12:08 / 13 Dekabr 2025
137
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
988
11:07 / 13 Dekabr 2025
451
10:25 / 13 Dekabr 2025
1194
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.