Qaynar xətt:

(+99450) 247 90 86

Arda Güler ən yaxşı seçildi

İDMAN

105

24.12.2024, 13:22

"Real"ın futbolçusu Arda Güler İspaniya La Liqasında U-23 oyunçular arasında dekabr ayının ən yaxşısı seçilib. 

Oxu24.com  xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

19 yaşlı türkiyəli yarımmüdafiəçi dekabrda Madrid təmsilçisinin heyətində 5 oyuna çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib. 

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"ın heyətində 21 oyuna çıxaraq 1 qol vurub və 3 qolun ötürməsini edib.