Qaynar xətt:

(+99450) 247 90 86

Juninyo Braziliyaya getdi

2025/01/13/1736749504_01f7a0a3-ac0c-39ad-90d1-b1191fc4681b_850.jpg

İDMAN

550

13.01.2025, 11:19

“Flamenqo”ya transfer olunan “Qarabağ”ın hücumçusu Juninyo Braziliyaya yollanıb.

Oxu24.com  xəbər verir ki, braziliyalıların futbol direktoru Joze Boto açıqlayıb.

O bildirib ki, 28 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək: “Transferlə bağlı razılıq əldə olunub. Juninyo tibbi müayinədən keçdikdən sonra bizimlə müqavilə imzalayacaq. O, bu gün Rio de Janeyroda olacaq”.

Bu transfer “Qarabağ”a 5 milyon avro qazandıracaq.