Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstan  Ermənistanı darmadağın edib

news/2025_03_20/upload_2024_06_26t183757z_49006342_up1ek6q1fr785_rtrmadp_3_soccer_euro_geo_por_report_pic_32ratio_900x600_900x600_39510_1742497966.jpg

İDMAN

1676

20.03.2025, 23:11

Futbol üzrə Gürcüstan milli komandası Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Ermənistan millisini məğlub edib.

Oxu24.com xəbər verir  ki, İrəvandakı Vazgen Sarkisyan adına stadionda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gürcülərin ilk qolunu 33-cü dəqiqədə yarımmüdafiəçi Giorgi Koçoraşvili vurub. 37 və 59-cu dəqiqələrdə hücumçu Giorgis Mikautadze iki dəfə fərqlənib. Maraqlıdır ki, Mikautadzenin ilk qoluna qapıçı Giorgi Mamardaşvili kömək edib.

Cavab oyunu martın 23-də Tbilisidəki Boris Paiçadze adına "Dinamo Arena"da keçiriləcək. Bu qarşıdurmanın qalibi B Liqasında, uduzan isə C Liqasında oynayacaq.

Miri