Qaynar xətt:

(+99450) 247 90 86

Qadın voleybolçular arasında Azərbaycan çempionu bəlli olub

İDMAN

290

18.04.2023, 21:46

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.

Oxu24.com-un məlumatına görə, bu titula “Azərreyl” sahib çıxıb.

Finalın üçüncü qarşılaşmasında da “Abşeron”a 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gələn “Azərreyl” ölkə çempionluğunu qazanıb. “Abşeron” isə gümüş mükafatla kifayətlənib.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalı “Murov” əldə edib.

Miri Məcidli