Bankların yeni kələyi - əhalini belə soyurlar
11 Dekabr 2025, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
643
19.12.2024, 12:17
“2021-ci ildə tətbiqimizə başdan-başa onlayn kredit və kart sifarişi imkanlarını gətirməklə “Birbank”ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Müştərilərimiz bu yeniliyi çox gözəl qarşıladılar. Hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə “Birbank” “Kapital Bank” qədər güclü bir brendə çevrilə bilib”.
Oxu24.com xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 11 ayın yekunları və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bankın gələcək planları daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir:
“Buna görə də, biz 2025-ci ilin 1-ci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya edirik. Bu, “Kapital Bank”ın tamamilə yox olacağı mənasına gəlmir. Siz “Kapital Bank”ı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz. Bütün məhsul və xidmətlərimizi isə müştərilərimizə “Birbank” brendi üzərindən təqdim edəcəyik.
Biz də, müştərilərimiz də artıq “Birbank”lı olacağıq. Sual versəniz ki, bu, müştərilərə yanaşmada nəyisə dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər. “Birbank”ı xarektirizə etsək, o daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi markadır.
Bütün bunlar ən sürətli formada müştəri təcrübəsində də öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri “Birbank” saytı və tətbiqindən əldə edəcəklər. Bundan başqa, “Kapital Bank” filialları da “Birbank” filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcək”.
Həmçinin oxuyun
“Müştərilərimiz bizi “Birbank” brendi kimi tanıyırlar. Biz ölkənin ilk rəqəmsal bankıyıq. Amma yeni filiallarımız da açılır və yəqin ki, yenə də bu proses davam edəcək”.
Tədricən 2-3 il ərzində filiallar da “Birbank” adına keçiriləcək. Qarabağ zonasında bu il 3 filial açmışıq. Şuşada da gələn il filial açılacaq. Orada təmir artıq bitmək üzrədir. “Kapital Bank” Qarabağda layihələrə ümumilikdə 200 milyon manata yaxın vəsait ayırıb. Kommunikasiyamızda da daha çox “Bir” brendini görəcəksiniz”, - İdarə Heyətinin sədri vurğulayıb.
***
Fərid Hüseynov bankın inzibati xərclərinin artmasının bankın “Port Baku”da ofis açması ilə əlaqəli olub-olmaması ilə bağlı sualı da cavablandırıb:
“Port Baku”ya baş idarənin keçməsi prosesi hələ davam edir. Baş idarə olaraq bir yerə toplanmaq istəyirik, daha müasir, rahat, yenilikçi ofisdə bir yerdə olmaq istəyirik. Bizim əməkdaşlarımız hər zaman diqqətdədir. Biz ən böyük maliyyə qurumuyuq. 6 minə yaxın əməkdaşımız var. Əməkdaşlarımıza diqqətimiz yüksək səviyyədədir. Biz bu ofisi icarəyə götürmüşük, almamışıq. İnzibati xərclərin artması həm də bununla bağlıdır”.
12:16 / 13 Dekabr 2025
21
12:08 / 13 Dekabr 2025
24
11:44 / 13 Dekabr 2025
33
11:30 / 13 Dekabr 2025
48
11:09 / 13 Dekabr 2025
573
11:07 / 13 Dekabr 2025
253
10:25 / 13 Dekabr 2025
785
09:15 / 13 Dekabr 2025
749
09:06 / 13 Dekabr 2025
341
08:45 / 13 Dekabr 2025
118
08:37 / 13 Dekabr 2025
140
00:28 / 13 Dekabr 2025
138
00:14 / 13 Dekabr 2025
1055
00:01 / 13 Dekabr 2025
694
23:20 / 12 Dekabr 2025
624
23:12 / 12 Dekabr 2025
109
22:41 / 12 Dekabr 2025
13692
22:05 / 12 Dekabr 2025
146
21:58 / 12 Dekabr 2025
2913
21:45 / 12 Dekabr 2025
135
19:31 / 12 Dekabr 2025
1139
19:20 / 12 Dekabr 2025
2251
19:04 / 12 Dekabr 2025
1325
19:02 / 12 Dekabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.