ƏDV ilə bağlı YENİLİK
16 Dekabr 2025, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1533
12.02.2025, 14:14
Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub.
Oxu24.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsullarından daha çox bahalaşma isə balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Həmçinin oxuyun
Bildirilib ki, 2025-ci ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma istilik, elektrik enerjisi, təbii qaz təchizatı və mənzillərin kirayə verilməsi xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
18:06 / 16 Dekabr 2025
141
17:55 / 16 Dekabr 2025
36
17:51 / 16 Dekabr 2025
41
17:39 / 16 Dekabr 2025
685
17:35 / 16 Dekabr 2025
49
17:26 / 16 Dekabr 2025
41
17:23 / 16 Dekabr 2025
45
16:39 / 16 Dekabr 2025
51
16:00 / 16 Dekabr 2025
108
15:56 / 16 Dekabr 2025
79
15:54 / 16 Dekabr 2025
82
15:49 / 16 Dekabr 2025
58
15:46 / 16 Dekabr 2025
115
15:13 / 16 Dekabr 2025
1264
15:06 / 16 Dekabr 2025
88
14:59 / 16 Dekabr 2025
223
14:29 / 16 Dekabr 2025
900
14:26 / 16 Dekabr 2025
110
14:21 / 16 Dekabr 2025
120
14:13 / 16 Dekabr 2025
135
14:09 / 16 Dekabr 2025
87
14:03 / 16 Dekabr 2025
86
13:35 / 16 Dekabr 2025
1069
13:28 / 16 Dekabr 2025
327
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.