ƏDV ilə bağlı YENİLİK
16 Dekabr 2025, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
422
11.03.2025, 17:57
Birbank Bahar Lotereyası başlayır: superpriz “Toyota Corolla” avtomobili
Birbank bu baharı müştəriləri üçün unudulmaz edir. Belə ki, 11 mart-15 may 2025-ci il tarixləri arasında Birbank-da onlayn kanallardan nağd kredit və ya kredit kartı əldə edən müştərilər stimullaşdırıcı “Birbank Bahar Lotereyası”-na qoşulurlar.
Lotoreyada iştirak etmək üçün m10 tətbiqindən nağd pul krediti, eləcə də Birbank tətbiqindən və ya birbank.az, kapitalbank.az-dan nağd pul krediti, Birbank Star kredit kartı və ya istənilən Birbank taksit kartı, Umico.az-dan isə kredit əldə etmək kifayətdir.
Lotereyanın şərtlərinə əsasən rəsmiləşdirilən hər 1000 AZN məbləğə görə müştəri 1 şans qazanır. Eyni anda bir neçə kredit və ya kart rəsmiləşdirən müştərilər isə məhsulların hər biri üçün ayrıca iştirak şansı əldə edirlər. Bundan əlavə, Umico onlayn satış platformasında lotereya dövründə əldə edilən Umico.az-dan kredit, Birbank Star və ya Birbank taksit kartları ilə edilən hər 1000 AZN-lik alış-veriş əlavə bir şans qazandırır.
Lotereyanın yekununda minlərlə şanslı müştəridən yalnız 100 nəfəri qalib adına layiq olacaq. Onlardan 45 nəfər “Bravo” marketdən 50 AZN-lik kupon, 25 nəfər “Kontakt Home”dan 200 AZN hədiyyə kartı, 15 nəfər “PAŞA Travel”dan 300 AZN dəyərində ölkədaxili səyahət paketi, 10 nəfər “Apple Watch Series 8”, 4 nəfər “iPhone 16 Pro” mobil telefonu qazanacaq. 1 nəfər isə lotereyanın superprizi “Toyota Corolla” avtomobilini əldə edəcək.
Lotereyanın tirajı 5 iyun 2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi Birbank-ın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
Ətraflı məlumat üçün: http://b-b.az/blpr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
17:23 / 16 Dekabr 2025
6
16:39 / 16 Dekabr 2025
35
16:00 / 16 Dekabr 2025
73
15:56 / 16 Dekabr 2025
58
15:54 / 16 Dekabr 2025
49
15:49 / 16 Dekabr 2025
41
15:46 / 16 Dekabr 2025
84
15:13 / 16 Dekabr 2025
983
15:06 / 16 Dekabr 2025
68
14:59 / 16 Dekabr 2025
197
14:29 / 16 Dekabr 2025
783
14:26 / 16 Dekabr 2025
95
14:21 / 16 Dekabr 2025
97
14:13 / 16 Dekabr 2025
115
14:09 / 16 Dekabr 2025
72
14:03 / 16 Dekabr 2025
74
13:35 / 16 Dekabr 2025
943
13:28 / 16 Dekabr 2025
276
13:24 / 16 Dekabr 2025
68
13:22 / 16 Dekabr 2025
57
13:14 / 16 Dekabr 2025
111
12:57 / 16 Dekabr 2025
189
12:49 / 16 Dekabr 2025
112
12:45 / 16 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.