ƏDV ilə bağlı YENİLİK
16 Dekabr 2025, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
437
03.04.2025, 16:29
Ötən gün “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. İki mərhələdən ibarət olan çempionatın seçim turu onlayn formatda baş tutub.
Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.
Finalçıların bilikləri 3 tur olmaqla ümumilikdə 36 sualla sınağa çəkilib. Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasında Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası çempionatın üçüncüsü seçilib. Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team” komandası ikinci yerdə qərarlaşıb. Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası isə bilik yarışında birinci ola bilib.
X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə üçüncü yerə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının “Dahilər” komandası sahib çıxıb. Şirvan şəhəri 1 nömrəli tam orta məktəbin “Moonlight” komandası ikinci seçilib, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin “Zəkalar Sr” komandası isə birincilik adına layiq olub.
Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, məktəblilərin intellektual platforması olan “Nə? Harada? Nə zaman?” oyunu “Təhsil oyunları platforması” layihəsi çərçivəsində 2020-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.