ƏDV ilə bağlı YENİLİK
16 Dekabr 2025, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
389
20.04.2025, 20:41
Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək baxıb, tərbiyə edibsə, "Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə əsasən, həmin qadınların pensiya yaş həddi 5 il azaldılır.
Oxu24.com AzTV-yə istinadən xəbər verir ki, bunu DSMF-nin Sosial ödənişlər departamentinin mütəxəssisi Pərvin Əlizadə bildirib.
P. Əlizadənin sözlərinə görə, yəni hazırda (2025-ci ildə) qadınlar üçün pensiya yaşı 64 yaş müəyyən olunub və vətəndaş artıq 59 yaşındadırsa, ona bu yaşa görə 220 manat sosial müavinət, əgər pensiya hüququ varsa, pensiya təyin olunacaq:
"Bundan əlavə, əgər vətəndaş 5 və daha çox uşağı olan qadındırsa, yaşı 59-dan aşağıdırsa, 18 yaşınadək uşaqları varsa, 5-dən çox uşağı olan qadınlara verilən müavinət növündən əldə edə bilər. Digər halda, əgər vətəndaş əlilliyi olan uşağa baxırsa, ona da yenə 5 il güzəşt tətbiq olunur. Belə deyək, bu, paralel aparılır. Ya qadının 5 və ya daha çox uşağı olmalıdır, ya da əlilliyi olan uşağa baxmalıdır ki, pensiya yaş həddi 5 il azaldılsın. O zaman hər ikisində 59 yaş müəyyən olunur. Əgər vətəndaş vəfat etmiş şəxsin 8 yaşınadək sağlam uşağına qulluq edirsə, onun məbləği isə 120 manat təyin edilir. Bundan əlavə, əlilliyi olan uşağa qulluğa görə, 100 manat məbləğində təqaüd təyin olunur".
Məlumat üçün bildirək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin aprelin 7-də keçirilən iclasında "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunub.
Həmçinin oxuyun
Təklifə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.
Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.