Rubl bahalaşdı
17 Dekabr 2025, 10:14
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
295
25.04.2025, 13:55
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərafdaşlığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilən Beynəlxalq Autizm Konfransı başa çatıb. “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edib.
Konfransda “İnklüziv siniflərdə autizmli şagirdlərə bacarıqların öyrədilməsi barədə tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda seminarlar keçirilib.
Tədbirdə müasir dövrün problem olan autizmlə mübarizə yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı çərçivəsində atılmalı olan addımlar müzakirə edilib. Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Fərid Hidayətzadə çıxışında qeyd edib ki, Bizim əss fəaliyyət istiqamətimiz bankçılıq olsa da cəmiyyətin inkişafında da rol oynamağa çalışırıq. “Korporativ Sosial Məsuliyyət layihələri hər zaman bankımızın strategiyasının ən vacib istiqamətlərindən biri olub. Autizm müasir dövrün reallıqlarından biridir və bu mövzuda hamımızın məlumatlı olması olduqca vacibdir. Elə buna görə də biz konfransın işini olduqca yüksək qiymətləndirir və bu gözəl missiyada sizinlə eyni yolda addımlayırıq.
İnanıram ki, bu konfrans təkcə elmi müzakirələrlə deyil, həm də cəmiyyətin müxtəlif sahələrində real dəyişikliklərə yadda qalacaq. Müasir dövrün tələbi həm də daha inkluziv cəmiyyətin formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar alqışlanmalıdır”.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc .
Həmçinin oxuyun
10:42 / 17 Dekabr 2025
3
10:36 / 17 Dekabr 2025
73
10:21 / 17 Dekabr 2025
23
10:15 / 17 Dekabr 2025
21
10:14 / 17 Dekabr 2025
21
09:01 / 17 Dekabr 2025
250
08:45 / 17 Dekabr 2025
36
07:45 / 17 Dekabr 2025
53
07:38 / 17 Dekabr 2025
59
01:40 / 17 Dekabr 2025
97
01:15 / 17 Dekabr 2025
90
00:55 / 17 Dekabr 2025
101
00:36 / 17 Dekabr 2025
103
00:32 / 17 Dekabr 2025
113
00:24 / 17 Dekabr 2025
187
23:40 / 16 Dekabr 2025
1567
23:04 / 16 Dekabr 2025
1560
22:25 / 16 Dekabr 2025
117
22:19 / 16 Dekabr 2025
1355
22:05 / 16 Dekabr 2025
131
20:53 / 16 Dekabr 2025
2104
20:13 / 16 Dekabr 2025
897
20:07 / 16 Dekabr 2025
367
20:05 / 16 Dekabr 2025
387
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.