Bankların yeni kələyi - əhalini belə soyurlar
11 Dekabr 2025, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
284
16.05.2025, 09:02
Bir müddət əvvəl İranın ölkənin yol və şəhərsalma nazirinin müşaviri Əmin Tərəffo TRACECA çərçivəsində İran-Gürcüstan-Azərbaycan tranzit dəhlizinin yaradılmasını təklif edib.
Bu dəhliz üç ölkə arasındakı iqtisadi münasibətlərə necə təsir edə bilər?
Mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, TRACECA-nın genişləndirilməsi bütövlükdə region yüklərinin daşınmasının həcminin artırılması baxımından vacibdir:
"Nəzərə alsaq ki, Azərbaycanın inkişaf etmiş infrastrukturu həm orta dəhlizin imkanlarının artırılmasına həm də Gürcüstan və Azərbaycan tranzit dəhlizinin TRACECA vasitəsilə genişləndirilməsinə şərait yaradır. Bu regionun, o cümlədən Azərbaycan və Gürcüstanın, eləcə də İranın beynəlxalq yük daşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq. Digər tərəfdən bunun ən vacib üstünlüklərindən biri də ondan ibarətdir ki, region üçün öz istehsal etdikləri məhsulları ixrac imkanı deməkdir".
Millət vəkili vurğulayıb ki, Azərbaycan və Gürcüstan üçün daha çox ixrac prioritet məsələlərdəndir:
"Azərbaycan qeyri-neft ixracatını genişləndirmək istəyir. Bu konteksdən yeni bir dəhlizin formalaşması həm də regionda ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə imkan yaradacaq. Artıq Azərbaycan-Gürcüstan-Türkiyə strateji əməkdaşlığı var. Bu əməkdaşlığa İranın da qoşulması region ölkələrinin strateji əməkdaşlığının daha çox region ölkələrini əhatə etməsinə gətirib çıxara bilər. Ona görə də həm regiondakı əməkdaşlığın gücləndirilməsi, həm də region üzərindən yüklərin daşınması, eyni zamanda regionun geosiyasi əhəmiyyətinin artırılması baxımından bu vacib dəhliz hesab olunur".
Həmçinin oxuyun
Siyasi şərhçi Əziz Əlibəyli isə Trend-ə qeyd edib ki, bu təklifin İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra gündəmə gəlməsini unutmaq lazım deyil:
"Həm də unutmaq lazım deyil ki, İranda Ermənistanın sifarişləri ilə danışan kifayət qədər siyasətçi var. Xüsusən də Zəngəzur dəhlizi üzərində müzakirələr ərəfəsində bu təklif yaxşı bir cavab kimi səsləndirildi. Azərbaycan həm də paralel şəkildə Zəngəzur üzərində təzyiqi artırıb. Ermənistandan keçən yola paralel İran ərazisindən başqa bir yol çəkməsi də Ermənistana ciddi bir zərbə oldu".
Ə.Əlibəylinin sözlərinə görə, Ermənistana ən böyük zərbə TRACECA çərçivəsində Azərbaycan ərazisindən keçməklə Avropaya çıxış imkanının səsləndirilməsi oldu:
"Bu dəhliz Azərbaycan-İran-Gürcüstan münasibətləri üçün unikal bir imkandır. Məncə bu Ermənistanın bölgədə ciddi şəkildə təklənməsinə, zərər çəkməsinə gətirib çıxaracaq. Bizim üçün isə iqtisadi imkanlar kimi yüksək dərəcədə potensial üstünlüklər vəd edir".
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.