Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobilin şüşələri sındırılaraq salonu yandırılıb

KRİMİNAL

386

07.01.2024, 11:46

Bakı şəhərinin Nərimanov rayonu ərazisində “MAZ” markalı avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanılıb. "Oxu24.com" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.