Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda fahişəxanaya basqın,qadınlar \"iş başında\" tutuldu

KRİMİNAL

1502

27.02.2019, 15:28

\"\"  Qubada rayonunda əxlaqsızlıq yuvası aşkar edilib. Bu barədə  Oxu24.com-a  DİN mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın “Tamerlan” adlı kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub. {banner_reklam} Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibi və oğlu, eləcə də, həmin kafedə işləyən beş qadın saxlanılaraq RPŞ-nə gətirilib. \"\"Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. \"\"