Qaynar xətt:

(+99450) 247 90 86

Qaxda yol qəzası: xəsarət alan var

KRİMİNAL

116

06.12.2024, 09:00

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan OXU24.COM -a verilən məlumata əsasən, Qax şəhər sakini, 42 yaşlı Ramin Mustafayev "Volkswagen" markalı minik avtomobilində idarəetməni itirərək maşını divara vurub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.