Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada 30 yaşlı kişi bıçaqlandı

KRİMİNAL

476

09.12.2024, 10:30

Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu24.com xəbər verir ki, rayonun Mosul kəndində 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.