Parlament oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib
16 May 2025, 13:30
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
622
17.12.2024, 16:12
Ermənistan və onun Silahlı Qüvvələri, Ermənistanın bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.
Bildirilir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.
Təqsirləndirilən şəxslər vəkillə təmin olunub.
Həmçinin oxuyun
Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.
Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
17:16 / 16 May 2025
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
1
17:07 / 16 May 2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
5
16:42 / 16 May 2025
Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər — Keçmiş ər-arvad məhkəmədə üz-üəzdir
210
16:11 / 16 May 2025
Baş nazir qərar imzaladı
48
15:41 / 16 May 2025
Eltisini evin mətbəxində əməliyyat edibmiş...
166
15:36 / 16 May 2025
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
38
15:18 / 16 May 2025
Alimenti ödəməyənləri hansı cəza gözləyir? — Vəkil məsuliyyəti açıqladı
100
14:38 / 16 May 2025
"Nazir teatrdan gedən kimi Mehriban Ələkbərzadə şəhid qızını təhqir elədi" - İDDİA
86
14:36 / 16 May 2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
48
14:04 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis tibb sahəsində qərarlar qəbul etdi
442
14:03 / 16 May 2025
Trampın 11-ci nəvəsi doğulub
65
13:30 / 16 May 2025
Parlament oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib
68
13:10 / 16 May 2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
108
13:04 / 16 May 2025
Elgün anası ilə sonuncu dəfə nə danışıb?
821
12:42 / 16 May 2025
Milli Məclis pensiyalarla bağlı qərar qəbul edib
551
12:40 / 16 May 2025
Sabahın havası ilə bağlı açıqlama
101
12:38 / 16 May 2025
Borclularla bağlı - Yeni qayda
170
12:17 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi
905
12:15 / 16 May 2025
Məktəblərin bağlanma vaxtı dəyişir? - AÇIQLAMA
118
12:12 / 16 May 2025
Sumqayıtda şəhid Yusif Məmmədovla vida mərasimi keçirilib
88
12:01 / 16 May 2025
Azərbaycanda ticarət mərkəzində FACİƏ
952
11:33 / 16 May 2025
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr - SİYAHI
129
11:26 / 16 May 2025
Qətl törədilmiş şəhid ailəsində daha bir - Ağır itki
105
11:16 / 16 May 2025
Gəncədə 31 yaşlı kişi restoranda bıçaqlanıb
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.