Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ

KRİMİNAL

151

22.12.2024, 20:00

Gəncədə bıçaq xəsarəti alan gənc ölüb.

OXU24.COM  xəbər verir ki, hadisə Bağbanlar ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Huseynov Məhəbbət Ələddin oğlu bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılsa da, müayinə zamanı onun dünyasını dəyişdiyi məlum olub.

Bir neçə bıçaq yarası alan şəxsin qətlə yetirildiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Sənan Şəfiyev saxlanılıb.