İdarə maşını qadını vurub öldürdü
13 Dekabr 2025, 15:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
200
23.12.2024, 12:09
Xəbər verdiyimiz kimi, Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.
Oxu24.com un İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.
M.Qədimovanın valideynləri bildirib ki, qızı ilə kürəkəni arasında əvvəllər də münaqişə baş verib. Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gəlirmiş. Bu dəfə evdə heç kimin olmadığı vaxti hadisəni törədib.
“Elə getdiyi ilk gündən deyirdi ki, “mama, bu, pis oğlandır, axşamlar məni döyür, əynimə heç nə almır, pis ailədilər, mən bunları istəmirəm”. Bu gün mənim bacım oğlu da nişan aparırdı, ora getmişdik. Kürəkənim də bizdə idi. Bizi anamgilə apardı. Sonra gəlib Mədinə ilə evdə tək oldu. “Semiçka” da almışdı ki, yeyib-içəcəyik. Elə biz ora gedən kimi qızın başını kəsib. Yanında da durub ki, ölsün, sonra gedib polisə məlumat verib”, - mərhumun anası söyləyib.
İlkin məlumata görə, ər arvadına atası evində bir neçə bıçaq zərbəsi endirib. Sonuncu zərbə isə qadının boğaz nahiyyəsindən dəyib. Nəticədə Mədinə aldığı zərbələrdən hadisə yerində həyatını itirib.
Həmçinin oxuyun
Meyit Tibbi ekspertiza və patoloji anatomiya birliyinin Ağstafa Rayon Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.