Polis Qubada əməliyyat keçirib
13 Dekabr 2025, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
648
07.01.2025, 15:38
Salyanda dekabrın 18-də itkin düşmüş 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qətli ilə bağlı bəzi detallar məlum olub. Qətlə yetirilən şəxs rayonun Yenikənd kəndinin sakinidir.
Oxu24.com xəbər verir ki, Yenikənd kəndinin bələdiyyə sədri Məsabə Abasov Teleqraf.com-a bildirib ki, hadisəyə görə polis tərəfindən saxlanılan R.Hüseynovun həyat yoldaşı Mətanət Hüseynova 15 il əvvəl ailə qurmaq üçün ona qoşularaq qaçıbmış: “ Yeniyetmə yaşında 2 oğlan, 1 qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çobanlıq edir. Bu səbəbə onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar”.
Onun sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş: “Yazıq gəlin neyləsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün hadisəni törədib”.
İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olduğu üçün ailədə mütamadi olaraq münaqişələr baş verirmiş. 15-20 gün bundan əvvəl kənddə Röyalın evdən silah və pul götürərək quş ovlamağa getdiyi və geri qayıtmadığı haqda məlumat yayılıb. Bundan sonra axtarışlar başlayıb.
Həmçinin oxuyun
Qətli törətməkdə ittiham edilən Mətanət Hüseynova Neftçala Rayon xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. F.Salmanov sayta açıqlamasında bildirib ki, qızından və onun ailəsindən uzun müddətdir xəbəri yoxdur: “Mən onları 15 ildir ki, görmürəm. Onların harada yaşadıqlarını belə bilmirəm. Qızımın arxasınca getmək fikrim yoxdur. Mənim işim-gücüm var. Qanun var, qayda var. Dövlətin qurumları hər şeyi aydınlaşdıracaq. Kimin nə günahı varsa, qərar verəcək. Mən heç nəvələrimi də görməmişəm. Heç bu gündən sonra da görmək niyyətim yoxdur. Səbəbi barədə heç nə deməyəcəyəm. Çünki səbəb yoxdur”.
Qeyd edək ki, 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb, Mətanət Hüseynova saxlanılaraq istintaqa təhvil verilib.
15:08 / 13 Dekabr 2025
462
14:50 / 13 Dekabr 2025
35
14:38 / 13 Dekabr 2025
51
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
47
14:12 / 13 Dekabr 2025
154
13:14 / 13 Dekabr 2025
531
13:07 / 13 Dekabr 2025
301
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
949
12:08 / 13 Dekabr 2025
109
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
89
11:09 / 13 Dekabr 2025
906
11:07 / 13 Dekabr 2025
400
10:25 / 13 Dekabr 2025
1106
09:15 / 13 Dekabr 2025
873
09:06 / 13 Dekabr 2025
709
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1115
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
690
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.