Qaynar xətt:

(+99450) 247 90 86

Vətəndaşlardan silah-sursat götürüldü

2025/01/29/1738146087_1738137745.1733726356.1733291270.857415ad-a1ef-34b4-a858-8ee34f31d4b0_850.jpg

KRİMİNAL

768

29.01.2025, 14:39

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Oxu24.com  xəbər verir ki, yanvarın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 9 qumbara, 34 tüfəng, 5 patron darağı və 650 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.