Ölən şəxslər görün kimdir - ADLAR
14 Dekabr 2025, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1156
06.02.2025, 10:21
Bu gün sülh və insanlıq əleyhinə, həmçinin terrorçuluq, terroru maliyyələşdirmə və başqa ağır cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.
Oxu24.com un məlumatına görə, Bakı Məhkəmə Kompleksində keçiriləcək ilk baxış iclasında prokurorlar ittiham aktını elan edəcəklər.
Saat 11:00 da başlayacaq açıq məhkəmə iclasında Ruben Vardanyana verilmiş ittihamlar tək-tək oxunacaq. Bu iş də kifayət qədər iri həcmlidir. Müddət yetərsə, prosesin davamında Vardanyanın təqsirləndirildiyi cinayətlərə münasibəti də bilinəcək.
Günün ikinci yarısında isə içlərində Arayik Harutyunyanın da olduğu dəstənin baxış iclası keçiriləcək. Bu prosesdə onların da hansı cinayətlərin törədilməsində iştirak etdikləri epizod-epizod elan ediləcək.
Həmçinin oxuyun
Həmin işdə Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə birlikdə Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiy də mühakimə edilir.
Hər iki prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrlik edir.

Təqsirləndirilən şəxlərin bütün hüquqlarını qanunun tələblərinə uyğun təmin edib. Onlar hər biri vəkil və tərcüməçi ilə təmin ediliblər. Bundan əvvəlki hazırlıq iclaslarında təqsirləndirilən şəxslərin bütün vəsatətləri araşdırılıb, Ruben Vardanyana istintaq materialları ilə daha yaxşı tanış olması üçün vaxt verilib.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.