Polis Qubada əməliyyat keçirib
13 Dekabr 2025, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
484
27.02.2025, 19:52
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Məhkəmədə şahid qismində ifadə verən Kamil Əşrəfov bildirib ki, “Şahin CO” şirkətinə Müdafiə Nazirliyi üçün xüsusi avadanlıqların alınması üçün kredit ayrılıb:
“Kapitalı az və kiçik şirkətlərə böyük həcmli kreditlər ya ayrılmır, ya da çox nadir hallarda ayrılır. Məndən olsaydı, heç bir sənədə imza atmazdım. Bizdən kredit ayrılması üçün xahiş etmişdilər. Biz də ayırdıq. Ayrılan kredit məbləği bankın öz kapitalı hesabına olub. Müştərilərin banka yatırdığı pullarla ödəniş olunmayıb. Ayrılan pullar “Şahin CO”nun istəyi ilə bir qismi nağdlaşdırılmış, bir qismi də hesaba köçürmə ilə ödənilib”.
Təqsirləndirilən Zahid Niftəliyev “Şahin CO”nun borclarından xəbəri olmadığını, ümumiyyətlə, bütün proseslərdən məlumatsız olduğunu bildirib.
"Zahid Niftəliyevə borcunu ödəmək üçün şans yaratdıq"
Daha sonra iş üzrə növbəti şahid “ATA Holdinq”in İdarə Heyətinin sabiq sədr müavini Adıgözəl Ağayev dindirilib.
O, bildirib ki, 2015-ci ilin iyul ayında İdarə Heyəti tərəfindən “Şahin CO” MMC-nin adına böyük məbləğdə kredit verilməsi üçün müraciət müzakirə edilib və müsbət cavab verilib:
“Belə hallarda, əsasən, kredit götürənin qoyduğu girova baxılır. Lakin bu dəfə Əşrəf müəllim dedi ki, bizdən kreditin verilməsi üçün xahiş edilib, müsbət cavab verilməlidir. Biz də müsbət cavab verdik və kredit ayırdıq. Lakin ilin sonunda yalnız faizin ödənildiyini, kreditin ödənilmədiyinin şahidi olduq. Bununla bağlı biz Zahid Niftəliyevə məlumat verdik. Ona borcunu ödəməyi üçün şans yaratdıq. Bundan sonra isə aidiyyəti qurumlara məlumat verdik”.
Şahid həmçinin milyonluq kreditin ayrılmasına sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun göstəriş verdiyini bildirib.
Həmçinin oxuyun
Proses martın 12-də davam etdiriləcək.
"Şyapa Zahid nədə ittiham olunur?
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb.
Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
15:08 / 13 Dekabr 2025
462
14:50 / 13 Dekabr 2025
35
14:38 / 13 Dekabr 2025
51
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
47
14:12 / 13 Dekabr 2025
154
13:14 / 13 Dekabr 2025
531
13:07 / 13 Dekabr 2025
301
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
949
12:08 / 13 Dekabr 2025
109
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
89
11:09 / 13 Dekabr 2025
906
11:07 / 13 Dekabr 2025
400
10:25 / 13 Dekabr 2025
1106
09:15 / 13 Dekabr 2025
873
09:06 / 13 Dekabr 2025
709
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1115
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
690
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.