18–24 yaşlı gənclər arasında cinayətlərin statistik mənzərəsi—RƏQƏMLƏR NƏ DEYİR?
13 Dekabr 2025, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3212
14.03.2025, 13:17
“Patı” qəbul etdikdən sonra alt geyimində küçəyə çıxan şəxsin videosu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Oxu24.com qeyd edir ki, görüntülər Ukraynada çəkilsə də,Azərbaycan üçün də öz aktuallığını qoruyur.Görülən tədbirlərə,aparılan maarifləndirmə işlərinə baxmayaraq cəmiyyət bu gün də bu bəladan xilas ola bilməyib.
Bəs,”patı” nədir ki,insanı bu hala salır?
Mövzu ilə bağlı Oxu24.com saytına danışan Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov bildirib ki, “patı” mərkəzi sinir sistemini stimulyasiya edən sintetik narkotik maddədir.
Həmçinin oxuyun
“”Patı” 1893-cü ildə Yapon alimi tərəfindən müharibələrdə iştirak edən kamikadzelər üçün istifadə yaradılmış zəhərdir. Bu, həzz almaq üçün istifadə olunan narkotik vasitə deyil. Bundan istifadə birinci dəfədən də öldürə bilir. Əlbəttə ki,ilk qəbuldan fiziki və psixoloji asılılıq yarada bilir. Hazırda bəzi narkotik istifadəçiləri bunu “kakos” adlanan heroinlə birgə istifadə edir. Bu halda onlar soyunurlar, özlərini tamamilə itirirlər. El dilində desək, divara-daşa dırmaşırlar. Etdikləri hərəkətlərdən özlərinin xəbəri olmur. Bu maddəni qəbul etdikdə bədəndə təzyiq yüksəlir, bədən istiliyi artır, göz bəbəkləri böyüyür. Beynin funksiyası pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir, özünü enerjik hiss edir. Ancaq davamlı istifadə zamanı metamfetamin insanı depressiyaya salır və bu da intihara səbəb olur”,-deyə ekspert bildirib.
Fotoda Emil Maqalov
Qeyd edək ki,Dövlət səviyyəsində narkotiklərlə mübarizə fasiləsiz davam etdirilir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 413, qanunsuz satış ilə bağlı faktların sayı 137, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 277, qrup halında olan cinayətlərin sayı 13 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 7 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 80 kq 693,581qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 226 nəfər, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 3 nəfər azalıb. Bu kateqoriyadan olan digər cinayətlərin sayı 1 vahid artıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 57 kq 878,85 qr (67,1%), tiryəkin çəkisi 2 kq 958,494 qr (18,4%), həşişin çəkisi 13 kq 603,05 qr (59,6%), psixotrop maddələrin çəkisi 8 kq 119,957 qr (35,2%) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 750 kq 328,026 qr-n (90,7 %) marixuana təşkil edib.Onun da 623 kq 411,36 qramı (83%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 57 kq 624,6 qramı (7,6 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Qeyd olunan məlumatlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatdan götürülüb.
21:58 / 13 Dekabr 2025
48
21:34 / 13 Dekabr 2025
274
21:21 / 13 Dekabr 2025
39
21:19 / 13 Dekabr 2025
41
21:15 / 13 Dekabr 2025
40
21:02 / 13 Dekabr 2025
42
20:49 / 13 Dekabr 2025
224
20:44 / 13 Dekabr 2025
52
20:36 / 13 Dekabr 2025
52
20:26 / 13 Dekabr 2025
59
20:01 / 13 Dekabr 2025
220
19:53 / 13 Dekabr 2025
72
19:21 / 13 Dekabr 2025
340
19:16 / 13 Dekabr 2025
102
18:32 / 13 Dekabr 2025
955
18:12 / 13 Dekabr 2025
160
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1624
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
336
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2863
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.