DİN açıqlama yaydı: Silahlar tapılıb
15 Dekabr 2025, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
329
03.04.2025, 10:30
Şəmkirdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birində yaşayan 2001-ci il təvəllüdlü Hüseyn İbrahimova (soyad şərti) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Hüseyn 2020-ci ildə evlənib və 2 azyaşlı övladı var. 2024-cü ilin əvvəlində boşanan oğlan “snapchat” sosial şəbəkəsində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Züleyxa (şərti adlı) ilə tanış olub və aralarında münasibət yaranıb. 10-cu sinif şagirdi olan yeniyetmə qız 2 avqust 2024-cü il tarixdə evdə anası ilə mübahisə edərək mənzili tərk edib. O, Bakıda “Şamaxinka” adlanan yerə gələrək Şəmkirə gedən taksi tapıb və gecə saat 01 radələrində taksi ilə yola düşüb.
Yeniyetmə qız gedərkən “məni yalandan axtarmayın, sevdiyim gəlib məni apardı, axtarsanız da, tapa bilməzsiniz” şəklində məktub yazaraq evə qoyub.
Həmçinin oxuyun
Hüseynin istəyi ilə Şəmkirə gedən qız 3 avqustda onunla görüşərək yaşadığı evə gedib. Burada Hüseyn öz körpə övladlarını bacısının uşaqları kimi qələmə verərək subay olduğunu deyib. Lakin bir müddət sonra Züleyxa onların Hüseynin övladları olduğunu öyrənib və uşaqlara baxmağa razı olub. Hüseynin ailə üzvləri də 15 yaşında olduğunu bildikləri qızı evin gəlini kimi qəbul ediblər.
Lakin yeniyetmənin ailəsinin polisə müraciət etməsindən sonra 10 avqustda onun yeri müəyyən edilib və tapılaraq valideynlərinin yanına qaytarılıb.
15 yaşlı qızla cinsi əlaqədə olmuş Hüseynə isə cinayət işi açılıb və bir neçə gün əvvəl Şəmkir Rayon Məhkəməsinin çıxardığı hökmlə ona 1 il 9 ay həbs cəzası verilib.
15:00 / 15 Dekabr 2025
7
14:53 / 15 Dekabr 2025
83
14:48 / 15 Dekabr 2025
14
14:39 / 15 Dekabr 2025
26
14:19 / 15 Dekabr 2025
287
14:13 / 15 Dekabr 2025
158
14:11 / 15 Dekabr 2025
41
13:00 / 15 Dekabr 2025
676
12:42 / 15 Dekabr 2025
920
12:36 / 15 Dekabr 2025
52
11:45 / 15 Dekabr 2025
110
11:43 / 15 Dekabr 2025
63
11:11 / 15 Dekabr 2025
123
10:38 / 15 Dekabr 2025
251
10:34 / 15 Dekabr 2025
69
10:30 / 15 Dekabr 2025
76
10:15 / 15 Dekabr 2025
78
10:04 / 15 Dekabr 2025
100
09:43 / 15 Dekabr 2025
813
09:40 / 15 Dekabr 2025
71
09:38 / 15 Dekabr 2025
88
09:36 / 15 Dekabr 2025
84
09:11 / 15 Dekabr 2025
83
09:02 / 15 Dekabr 2025
729
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.