Piyadanı vurub ÖLDÜRDÜ
14 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2432
07.04.2025, 10:52
Etirazlardan sonra "Ayıq sürücü" filmində dəyişikliklər edilib, ekran işindən Bakının Xəzər rayonu Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb.
Oxu24.com xəbər verir ki,bunu Teleqraf-a açıqlamasında filmin ssenari müəllifi Əli Ucal deyib.
Onun sözlərinə görə, "Ayıq sürücü"nü çəkərkən kimisə təhqir etmək niyyətləri olmayıb, amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub. Ə.Ucal bildirib ki, filmi ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşiblər:
"Ötən gün axşam saatlarında "Koroğlu" metrosunun qarşısında filmdə iştirak edən iki aktyora (Rasəf Mehdiyev və Səmimi Fərhad) hücum olub. Bir qrup şəxs onların yolunu kəsərək, filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər. "Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmisiniz, buna görə cavab verəcəksiniz" - deyə təhdid ediblər.
Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıb. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsizlik məqsədilə xarici görünüşlərini dəyişdiriblər - bığ və saqqallarını qırxıblar".
Həmçinin oxuyun
Ə.Ucal söyləyib ki, hadisədən sonra yaradıcı heyət filmdə dəyişiklik etmək qərarına gəlib: "Bu addım, "Ayıq sürücü"də iştirak edən şəxslərin - ssenarist, rejissor və aktyorların həyatına yarana biləcək təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Nəticə olaraq, filmin ilkin versiyası "YouTube" platformasından silinib, Buzovna ilə bağlı səhnələr tamamilə çıxarılıb. Yeni versiyada hadisələr Azərbaycanda yox, uydurma bir planetdə baş verir. Buzovna qəsəbəsi isə mövcud olmayan, abstrakt bir yaşayış məntəqəsi ilə əvəzlənib".
Ssenarist vurğulayıb ki, filmin yeni versiyasında bəzi səhnələrdə səslə bağlı xırda texniki qüsurlar mövcuddur: "Bu nöqsanlar texniki səbəblərlə bağlıdır və yaradıcı heyətdən asılı deyil. Əminəm ki, dəyərli izləyicilərimiz bu cür halların bizdən qaynaqlanmadığını anlayırlar. Yenə də bizdən asılı olmayan səbəblərə görə üzr istəyirik".
Xatırladaq ki, "Ayıq sürücü" filmində "Xala Buzovnada qalır" ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib. Sakinlər Buzovna qəsəbəsinin adının və küçənin filmdən çıxarılmasını tələb etdirdilər.
13:58 / 14 Dekabr 2025
12
13:27 / 14 Dekabr 2025
30
13:18 / 14 Dekabr 2025
33
13:09 / 14 Dekabr 2025
36
12:54 / 14 Dekabr 2025
231
12:18 / 14 Dekabr 2025
408
12:06 / 14 Dekabr 2025
817
11:38 / 14 Dekabr 2025
50
11:30 / 14 Dekabr 2025
566
11:22 / 14 Dekabr 2025
33
10:43 / 14 Dekabr 2025
855
10:33 / 14 Dekabr 2025
83
10:20 / 14 Dekabr 2025
75
09:40 / 14 Dekabr 2025
76
09:15 / 14 Dekabr 2025
219
08:58 / 14 Dekabr 2025
149
08:46 / 14 Dekabr 2025
205
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1493
00:52 / 14 Dekabr 2025
1123
00:43 / 14 Dekabr 2025
184
00:04 / 14 Dekabr 2025
1757
23:47 / 13 Dekabr 2025
1930
23:44 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.