Ölən şəxslər görün kimdir - ADLAR
14 Dekabr 2025, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
556
18.04.2025, 19:27
Naxçıvan Şəhər Məhkəməsində şəhərin 1 saylı orta məktəbinin keçmiş müəllimi 1985-ci il təvəllüdlü Səriyyə Qənbərova barəsindəki xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəbin direktoru Asudə Məmmədova müəllimin Cinayət Məcəlləsinin 147.2-ci “Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzalandırılmasını tələb edib.
O bildirib ki, müəllim kütləvi çıxışlarda, sosial şəbəkələrdə ona qarşı şər və böhtan xarakterli ifadələr işlədib, “dövlət büdcəsini mənimsəyib”, “röşvətxodur” ifadələrini deyib, guya hazırlıq kursunda hansısa müəllimlə əlbəyaxa savaşdığını, pilləkənlardan yıxıldığını bildirib: “Səriyyə Qənbərova xarici dövlətin sosial şəbəkə seqmentində antiAzərbaycan mövqedə çıxış edən, özünü hüquqşünas kimi təqdim edən Qurban Məmmədovun proqramında barəmdə xoşagəlməz ifadələr və şər böhtan danışıb. Qurban Məmmədov məni haradan tanıyıb? Tərcümeyi halımı necə bilib? Guya mən Beyləqan rayonundan Naxçıvan şəhərinə kiminsə hesabına gəlmişəm, şəxsi şəkillərim sosial şəbəkədə göstərilib, adıma qeyri-etik olan “erməni”, “model” deyib, kiminsə pulu və maddi dəstəyi ilə bu vəzifədə oturduğumu bildirib, qadınlığımı, qürurumu alçaldan ifadələr işlədib. Bunların hamısını Qurban Məmmədov deyib, səbəbkarı da Səriyyə Qənbərovadır. Bu hadisələrdən sonra psixoloji problem yaşamışam və müalicə almışam”.
S.Qənbərova isə əməlində cinayət tərkibinin olmadığını bildirərək icraata xitam verilməsini istəyib.
Məhkəmənin hökmü ilə S.Qənbərova Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və ona 1000 manat cərimə cəzası verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, bir neçə ay əvvəl məktəbdə direktorla müəllim arasındakı qarşıdurmaya aid görüntülər sosial şəbəkələrdə də yayılmışdı. Naxçıvan MR Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq görüntülərin araşdırıldığını və S.Qənbərovanın iddialarının təsdiqini tapmadığını bildirmişdi: “Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərovanın məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin edildiyi məlum olub. Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başlandıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə pozub.
Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib”.
Nazirlikdən, həmçinin bildirilib ki, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq edilib.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.