DİN əməliyyat keçirib: 260 nəfər SAXLANILIB
13 Dekabr 2025, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2306
20.04.2025, 10:28
Xəbər verdiyimiz kimi, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs edilib.
Oxu24.com xəbər verir ki, musavat.com həbsin səbəblərini araşdırıb. Məlum olub ki, Şahin Axundov əvvəllər də həbs həyatı yaşayıb. Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi.
O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.
Baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərib, uzun illər orada yaşayıb.
Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışıb.
Hətta onun bu yaxınlarda Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onu xəstəxanalardan birinə yerləşdirilməsi xəbəri də vardı. Bildirilirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur.
İsfəndiyar Axundovun oğlunu Türkiyə göndərməsi xəbəri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərindən birində də səsləndirilmişdi. 2021-ci ildə mühakimə olunan “Zaminbank”ın keçmiş sədri Nadir İsmayılov İsfəndiyar Axundovla bağlı ifadə verərkən bu haqda danışmışdı.
Nadir İsmayılov məhkəmədə İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən bu mövzuya da toxunmuşdu:
Həmçinin oxuyun
“Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.
musavat.com-un əməkdaşı məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxlayıb. İsfəndiyar Axundov oğlu ilə bağlı sualı dinlədikdən sonra “oğlum xaricdə deyil, xəstə də deyil, kim nə istəyir yazır” deyib.
Xatırladaq ki, Şərurlu İsfəndiyarın adı övladları ilə bağlı dəfələrlə mətbuatın gündəminə gəlib. Tikinti maqnatının digər oğlu Allahverdi Axundov 650 min manata “Lamborghini” alması ilə gündəmə gəlmişdi. O zaman Şərurlu İsfəndiyar əvvəlcə xəbəri təkzib elədi.
“Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur” deyən tikinti maqnatı danılmaz faktla üzləşdi. Sən demə, Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu “My new car” (Mənim yeni avtomobilim) qeydi ilə paylaşıbmış.
İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu: “Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki… Maşın sürüb də. Başqa nə iş görüb?”
Lakin Allahverdi Axundov təkcə 650 minlik “Lamborghini”yə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.
18:12 / 13 Dekabr 2025
11
18:02 / 13 Dekabr 2025
18
17:43 / 13 Dekabr 2025
440
17:09 / 13 Dekabr 2025
44
16:55 / 13 Dekabr 2025
200
15:58 / 13 Dekabr 2025
70
15:47 / 13 Dekabr 2025
65
15:39 / 13 Dekabr 2025
81
15:08 / 13 Dekabr 2025
2002
14:50 / 13 Dekabr 2025
77
14:38 / 13 Dekabr 2025
114
14:28 / 13 Dekabr 2025
107
14:22 / 13 Dekabr 2025
89
14:12 / 13 Dekabr 2025
297
13:14 / 13 Dekabr 2025
1611
13:07 / 13 Dekabr 2025
1116
12:58 / 13 Dekabr 2025
825
12:16 / 13 Dekabr 2025
1193
12:08 / 13 Dekabr 2025
137
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
986
11:07 / 13 Dekabr 2025
451
10:25 / 13 Dekabr 2025
1194
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.