Piyadanı vurub ÖLDÜRDÜ
14 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
971
25.04.2025, 14:00
Gəncə şəhərində meyxanaçı həbs edilib.
Oxu24.com teleqraf-a istinadən xəbər verir ki, həbs edilən meyxanaçı “Fərid Gəncəli” ləqəbi ilə tanınan Fərid Salahovdur.
1992-ci il təvəllüdlü Rəşad Cəfərov (ad və soyadlar şərtidir – red.) aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə şəhər Narkoloji Dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb.
O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olmayıb.
Həmçinin oxuyun
Rəşadın barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Cəfərov özünü təqsirli bilib. O ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur: “Şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da, nikahımı rəsmləşdirməmişəm. 2-3 il ildir narkotik vasitədən istifadə edirəm. Məclislərdə meyxana deyirəm, bəzi hallarda uyğun olmayan sözlər işlədirəm. Buna görə peşmanam. Xeyli vaxtdır, narkotik vasitə marixuana qəbul edirəm. Narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələbinə tabe olmamışam”.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Rəşad Cəfərov 15 gün müddətində inzibati qaydada həbs edilib.
14:08 / 14 Dekabr 2025
14
13:58 / 14 Dekabr 2025
18
13:27 / 14 Dekabr 2025
35
13:18 / 14 Dekabr 2025
34
13:09 / 14 Dekabr 2025
37
12:54 / 14 Dekabr 2025
250
12:18 / 14 Dekabr 2025
439
12:06 / 14 Dekabr 2025
949
11:38 / 14 Dekabr 2025
51
11:30 / 14 Dekabr 2025
574
11:22 / 14 Dekabr 2025
34
10:43 / 14 Dekabr 2025
876
10:33 / 14 Dekabr 2025
84
10:20 / 14 Dekabr 2025
76
09:40 / 14 Dekabr 2025
77
09:15 / 14 Dekabr 2025
223
08:58 / 14 Dekabr 2025
150
08:46 / 14 Dekabr 2025
206
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1498
00:52 / 14 Dekabr 2025
1127
00:43 / 14 Dekabr 2025
187
00:04 / 14 Dekabr 2025
1773
23:47 / 13 Dekabr 2025
1934
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.