Piyadanı vurub ÖLDÜRDÜ
14 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
909
23.05.2025, 13:02
Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə – Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə diqqət yönəlmək istəyirəm.
Oxu24.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova bildirib.
Deputat deyib ki, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü:
“Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da böyük bir mənəvi zərbə alırıq”.
Bu faciələrin qarşısının alınmasına toxunan deputat bildirib ki, məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir:
“Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. Əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika, texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənini tədris etməməlidir”.
Elnarə Akimova vurğulayıb ki, məktəblərdə mütaliəsiz nəsil yetişir:
Həmçinin oxuyun
“Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu, artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir”.
Deputat əlavə edib ki, mədəniyyətın təməllərini qorumaq lazımdır:
“Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, geyimi diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüşü və yüksək mənəviyyatı formalaşdıran ocaqdır. Gecikəndə, bax belə adda-budda da olsa neqativləri çıxır. Bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik. Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik”.
14:08 / 14 Dekabr 2025
18
13:58 / 14 Dekabr 2025
18
13:27 / 14 Dekabr 2025
35
13:18 / 14 Dekabr 2025
36
13:09 / 14 Dekabr 2025
38
12:54 / 14 Dekabr 2025
251
12:18 / 14 Dekabr 2025
445
12:06 / 14 Dekabr 2025
966
11:38 / 14 Dekabr 2025
51
11:30 / 14 Dekabr 2025
578
11:22 / 14 Dekabr 2025
34
10:43 / 14 Dekabr 2025
880
10:33 / 14 Dekabr 2025
84
10:20 / 14 Dekabr 2025
76
09:40 / 14 Dekabr 2025
77
09:15 / 14 Dekabr 2025
224
08:58 / 14 Dekabr 2025
152
08:46 / 14 Dekabr 2025
207
08:43 / 14 Dekabr 2025
76
01:21 / 14 Dekabr 2025
1499
00:52 / 14 Dekabr 2025
1127
00:43 / 14 Dekabr 2025
188
00:04 / 14 Dekabr 2025
1774
23:47 / 13 Dekabr 2025
1935
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.