Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Azərbaycanda hərbi hissədə PARTLAYIŞ

KRİMİNAL

1241

06.07.2019, 13:58

 \"\" İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Publika.az–a verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu – gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.