Qaynar xətt:

(+99450) 247 90 86

Çimərlikdə FHN əməkdaşını döydülər

KRİMİNAL

680

11.07.2019, 08:48

\"\"  Zuğulba çimərliyində xilasetmə qrupunun əməkdaşı döyülüb.
Oxu.Az xəbər verir ki, 1981-ci il təvəllüdlü Mehdiyev Ramil Şahvələd oğlu çimərlik ərazisində təyin edilməmiş yerdə dənizə girmək istəyən şəxslərə xəbərdarlıq edib.
Tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər R.Mehdiyevi döyərək xəsarət yetiriblər.
Yaralı xəstəxanaya aparılıb. Sağ biləyindən və qolundan xəsarət alan R.Mehdiyevə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin oxu:  Bayram Nurlunun şok videosu yayıldı Külək avtomobili havaya uçurdu - Video Qadın bədəninin bir üzvü haqqında ŞOK FAKTLAR: kişi bu şəkildə oraya toxunarsa...