Qaynar xətt:

(+99450) 247 90 86

Polis Astarada iki xarici vətəndaşı saxladı: Gördüklərindən şoka düşdülər

KRİMİNAL

919

11.07.2019, 09:27

\"\"  Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik vasitə  keçirən İran və Türkiyə vətəndaşları saxlanılıb. DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində Mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsində gizlədilmiş ümumilikdə 1 kiloqram 235 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. \"\"\"\"