Qaynar xətt:

(+99450) 247 90 86

Yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı

KRİMİNAL

738

11.07.2019, 18:16

\"\" Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib. Oxu24.com-un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.