Qaynar xətt:

(+99450) 247 90 86

Xalası oğlunun evinə gedib onu öldürdü

KRİMİNAL

717

11.07.2019, 19:25

\"\" Türkiyənin Qaziantep şəhərində 22 yaşlı Abdulkadir Sədəf xalasıoğlu tərəfindən öldürülüb. Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdulkadir Sədəf münasibəti pis olan xalasıoğlu Gökhanın evinə gedib. Onlar arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və dalaşmağa başlayıblar. Dalaşarkən Gökhan üzərindəki silahla xalasıoğluna atəş açıb və hadisə yerindən qaçıb. Silah səsini eşidən insanlar hadisə yerinə polis və təcili yardım çağırıblar. İlkin tibbi müdaxilədən sonra Sədəfi xəstəxanaya aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Öz xalasıoğlunu öldürən Gökhan D. isə polislər tərəfindən saxlanılıb.