Qaynar xətt:

(+99450) 247 90 86

DSX və polis Zaqatalada birgə əməliyyat keçirib

KRİMİNAL

716

16.07.2019, 10:27

\"\"  Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib. Oxu24.com  xəbər verir ki, bu barədə Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır. Günün digər  xəbərləri: 9 nəfərin öldüyü təyyarə qəzasının görüntüləri yayıldı - Qəza anı+VİDEO Azərbaycanda evə ruh girdi -ŞOK görüntü